RU

Vergilər üzrə kiçik mütəxəssis - VAKANSİYA

"Norm" ASC, Vergilər üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil; 
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə biliklər;
  • Vergi elektron baza sistemi ilə bağlı biliklər;
  • Vergilərlə bağlı əlaqədar sahə üzrə  2 ildən artıq iş təcrübəsi; 
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək;
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır.

Vəzifə və öhdəliklər:

  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
  • Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
  • Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
  • Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması; 
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
  • Təxirə salınmış vergilərin hesablanması;
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

Избранный
23
fins.az

1Источники