RU

Zaxarova: Ukrayna artıq Qərb üçün dəyərli deyil

Zaxarova Kiyevdəki səfirliklərin bağlanması ilə bağlı: Ukraynalılar Qərb üçün alətdir!

Qərb ölkələrinin Rusiya ordusunun Ukrayna hədəflərinə zərbə endirməsindən ehtiyat edərək Kiyevdəki səfirliklərinin işini müvəqqəti dayandırması, ukraynalıların və Ukraynanın onlar üçün sadəcə olaraq heç bir dəyəri olmayan alət olduğunu deməyə əsas verir.

Diplomatın sözlərini kp.ru sitat gətirir.

“Bu, Ukrayna və ukraynalıların Qərb üçün alət olduğunu sübut edir. Qırılandan sonra isə o, artıq dəyərli deyil”, – Mariya Zaxarova bildirib.

Noyabrın 20-də İtaliya və Yunanıstanın Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidləri səbəbindən işlərin dayandırıldığını elan ediblər.

Amerikanın Kiyevdəki səfirliyi də ehtimal edilən hava hücumu ilə bağlı xəbərlərə görə bağlanıb.

DOĞRU.AZ

Избранный
27
1
dogru.az

2Источники