RU

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsini BLOKLADI

Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, noyabrın 13-də Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən hazırlanmış qətnamə layihəsini dəstəkləyir. 
 

Nebenzya bildirib ki, bu layihənin qəbulu Fələstin və İsrail arasındakı münaqişənin hazırkı dalana dirənməsi istiqamətində düzgün addım və sülh prosesinin yenidən başlaması üçün bir proloq olacaq.


Daimi Nümayəndə qeyd edib ki, Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq üçün başqa yol yoxdur.

Bizim.Media

Избранный
14
1
bizim.media

2Источники