RU

Tramp ABŞ-nin NATO-dakı səfiri vəzifəsinə Metyu Uitakerin namizədliyini irəli sürüb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-nin NATO-dakı daimi nümayəndəsi vəzifəsinə keçmiş baş prokuror vəzifəsini icra edən Metyu Uitakerin namizədliyini irəli sürüb.

Bu barədə “Times Now” nəşri bəyanata istinadən məlumat yayıb.

“Mən böyük Ayova ştatının keçmiş baş prokuroru vəzifəsini icra edən Metyu G. Uitakerin ABŞ-nin Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) səfiri vəzifəsində çalışacağını elan etməkdən məmnunam”,- deyə Tramp qeyd edib.

O, Uitakeri güclü döyüşçü və fədakar vətənpərvər adlandırıb və “Amerikanı birinci yerə qoyacağını” deyib.

Избранный
99
1
aznews.az

9Источники