ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməni bloklayıb.
İnterpress.az xəbər verir ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının “dərhal, qeyd-şərtsiz və daimi atəşkəs”ə çağıran yeni qətnamə layihəsinə növbəti dəfə veto qoyub.
Yüksək rütbəli amerikalı məmur bu barədə hələ səsvermədən əvvəl xəbərdarlıq edib. O bildirib ki, Vaşinqton israilli məhbusların dərhal azad olunmasını tələb etməyən mətni dəstəkləməyəcək.
Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü sənədin lehinə səs verib. ABŞ onun əleyhinə səs verən yeganə ölkədir.
Xuraman Etibarlı
İnterpress.az