“İnter”in hücumçusu Lautaro Martinez Argentina millisinin heyətində qol sayına görə “Napoli”nin və “Barselona”nın sabiq hücumçusu Dieqo Maradonanın nailiyyətini təkrarlayıb. Yeniavaz.com xəbər verir ki, Martinez Cənubi Amerikada keçirilən DÇ-2026-nın seçmə mərhələsinin 12-ci tur matçında Peru millisinin qapısına 32-ci qolu vurub. Qeyd edək ki, Argentina - Peru matçı noyabrın 20-də səhər saatlarında baş tutub. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.