RU

Bu qadın Ermənistanın daxili işlər naziri oldu

Ermənistan Daxili İşlər Nazirliyinə Arpine Sarkisyan rəhbərlik edəcək. Müvafiq sərəncamı ölkə prezidenti Vaaqn Xaçatryan imzalayıb.

Bir müddət əvvəl respublikanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdəki səhifəsində Sarkisyanın təyinatını açıqlamışdı. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin əvvəlki rəhbəri Vahe Qazaryan bazar ertəsi vəzifəsini tərk edib.

Arpin Sarkisyan ötən ilin əvvəlindən idarə rəisinin müavini vəzifəsini tutub, ondan əvvəl isə bir il ədliyyə nazirinin müavini olub.

//Samir Qurbanov, Editor.az

Избранный
35
30
editor.az

10Источники