RU

1 milyon 359 min videokamera quraşdırılıb



Qazaxıstanın iki şəhərində milli video monitorinq sistemi işə salınıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, İnnovativ layihə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi və Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Süni intellekt texnologiyalarından istifadə edən milli videomonitorinq sistemi axtarışda olan şəxsləri tanımağa, ictimai yerlərdə tərk edilmiş obyektlər haqqında siqnal verməyə və qanun pozuntularını avtomatik qeydə almağa imkan verir.

“Kompüter gözü” avtomobilləri marka, model və rəngə görə də müəyyən edə bilir. Dəmiryol vağzalları, hava limanları, otellər, küçələr, qovşaqlar, ticarət mərkəzləri kimi obyektlər “ağıllı” kameraların yaxından diqqətindədir. Rəqəmsal “mühafizəçilər” öz effektivliyini göstərdilər.

Gələcəkdə kameraların sayını artırmaqla videomonitorinqin genişləndirilməsi nəzərdə tutulur. Bu addım-addım həyata keçiriləcək. Bu gün ölkədə mülkiyyət növündən asılı olmayaraq 1 milyon 359 min videokamera var ki, onlardan 310 mini təcili idarəetmə mərkəzlərində və polis növbətçi məntəqələrində yerləşir.

Anar Əliyev
Избранный
34
newscenter.az

1Источники