RU

Məşhur şirkət 4 min nəfəri işdən ÇIXARIR

Noyabrın 20-də Amerika avtomobil istehsalçısı "Ford" 2027-ci ilin sonuna qədər Avropada 4 min iş yerini ixtisar edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

 

Şirkət bütün işçilərinin 2,3%-ni ixtisas etməyi planlaşdırır.

 

İxtisarlar əsasən Almaniyaya (3 min iş yeri) və Böyük Britaniyaya (800) təsir edəcək. Şirkət ixtisarları “uzunmüddətli rəqabət qabiliyyətinə nail olmaq” ehtiyacı ilə izah edir.

 

Qeyd edək ki, 2024-cü ilin ilk doqquz ayında şirkətin Avropadakı satışları 17,9% azalıb. 

Избранный
22
1
modern.az

2Источники