RU

İsrail 2 həftə ərzində İordan çayının qərb sahilini ilhaq edəcək - AÇIQLAMA

1 xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş Vaşinqtonda adı açıqlanmayan rəsmiyə istinadən bildirib.

 

“Bütün Qəzzə və İordan çayının qərb sahilinə nəzarət hazırda hökumətdə hökmran olan İsraildə dini hüququn əsas tələbidir”, – jurnalist əlavə edib.

 

Herşin sözlərinə görə, Təl-Əviv hesab edir ki, bu yolla o, münaqişənin iki dövlətin yaradılması yolu ilə həlli ideyasına birdəfəlik son qoya bilər. Bu, həmçinin skeptik ərəbləri Qəzza zolağının yenidən qurulması planlarına yenidən baxmağa məcbur edəcək .

 

Xatırladaq ki, İordan çayının qərb sahili Fələstin dövlətinin iki hissəsindən biridir. Hazırda Fələstin Milli Administrasiyası İordan çayının qərb sahilinin cəmi 17,2%-nə tam nəzarət edir, digər 23,8%-i isə onun mülki nəzarəti altındadır. Ərazinin qalan 59%-i isə İsrailin nəzarəti altındadır.

 

İnci 

Избранный
34
sfera.az

1Источники