RU

"Apple" 2025-ci ilin əvvəlində ucuz "iPhone SE 4" təqdim edəcək

"Apple" 5G modemli büdcə "iPhone SE 4" 2025-ci ilin birinci rübünün sonunadək buraxacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə “MacRumors” portalı "Barclays"ın analitiki Tom O’Malliyə istinadən məlumat yayıb.

Beləliklə, smartfon 2025-ci ilin martında - hazırkı üçüncü nəsil "iPhone SE"nin buraxılışından üç il sonra çıxacaq. Şayiələrə görə, yeni məhsul əsas "iPhone 14"ə bənzəyəcək və 6,1 düymlük OLED displey, Face ID, flaqman A17 Pro və ya A18 çipi, USB-C portu, arxa tərəfdə bir 48 MP kamera və "Apple Intelligence" və ilk "Apple 5G" modemini dəstəkləmək üçün 8 GB RAM-la təhciz ediləcək.

Çoxsaylı sızmalara görə, "Apple" 2018-ci ildən bəri "iPhone" üçün xüsusi 5G modem üzərində işləyir. Bunun şirkətə "Qualcomm"dan asılılığını azaltmağa imkan verəcəyi gözlənilir. Şirkətlər əvvəllər "iPhone" modemlərinin tədarükü ilə bağlı müqaviləni 2026-cı ilə qədər uzadıblar, buna görə də "Apple"ın daxili inkişafa keçidi başa çatdırmaq üçün kifayət qədər vaxtı var. Nüfuzlu analitik Minq-Şi Kuo bildirir ki, "iPhone 17 Air" həmçinin "Apple" modemi ilə təchiz olunacaq.

Üçüncü nəsil "iPhone SE" 2022-ci il martın 8-də 429 dollardan başlayan qiymətlərlə təqdim edilib, lakin növbəti nəslin daha baha olacağı şayiələr var.

Paşa Məmmədli
 

Избранный
27
valyuta.az

1Источники