RU

COP29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə üçüncü nazirlər toplantısı keçirilib VİDEO

"Hazırda dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır. 2030-cu ilə qədər bu rəqəmin 60%-i keçəcəyi gözlənilir"

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.

Komitə sədri əlavə edib ki, əsas diqqətin iqlim fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiyi COP29-da biz şəhər ərazilərinin iqlim dəyişikliyi ilə bağlı həm çətinliklərdə, həm də həll yollarında oynadığı əsas rolu xatırladırıq.

İqlim üzrə Dünya Şəhərləri Hesabatını təqdim edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaclaudia Rossbach isə bildirib ki, 2030-cu ilə qədər yeni və ya təkmilləşdirilmiş iqlimə, davamlı infrastruktura sərmayə qoymaq üçün hər il 4,5-5 trilyon dollar arasında maliyyə ayrılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
49
xezerxeber.az

1Источники