RU

Rusiyalı vitse-spiker: "NATO-nun peykləri Ukrayna üçün işləyir"

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov “Reedus” nəşrinə müsahibəsində Şimali Koreya hərbçilərinin Kursk bölgəsinə köçürülməsi ilə bağlı şayiələrə münasibət bildirib.

Demokrat.az
xəbər verir ki, parlamentari vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri döyüş tapşırıqlarını səmərəli yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir.

“10-11 min hərbçi asanlıqla gizlədilə bilən kibrit qutusu deyil. Bu, praktiki olaraq bir bölmədir. Bu qədər əsgəri Kursk vilayətində sakitcə yerləşdirmək mümkün deyil. 

NATO-nun bir qrup peyki Ukrayna Silahlı Qüvvələri üçün işləyir. O, bütün vəziyyətə nəzarət edir və Ukrayna Silahlı Qüvvələrini informasiya ilə təmin edir”, - deyə Krasov qeyd edib.

O bildirib ki, Qərbin dəstəklədiyi ritorika isteriyaya bənzəyir, çünki Kursk bölgəsində Şimali Koreya hərbçilərinin olmasına dair hələ də heç bir dəlil yoxdur.


Əfsanə Kamal
Demokrat.az
Избранный
28
demokrat.az

1Источники