RU

ABŞ Qəzza ilə bağlı qətnamə layihəsinə veto qoydu

BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəslə bağlı qətnamə layihəsi səsverməyə çıxarılıb. Metbuat.az xəbər verir ki, sənəd Qəzzada dərhal atəşkəsin tətbiq edilməsini, məhbusların azad edilməsini və bölgəyə humanitar yardımların göndərilməsini tələb edir. Qətnamə layihəsinə ABŞ dördüncü dəfə veto qoyub. Məlumata görə, sənədi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü irəli sürüb. ABŞ-dən başqa Təhlükəsizlik Şurasının digər 14 üzvü sənədin lehinə səs verib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, ABŞ, əsirlər azad edilmədən qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləməyəcək. Vud qeyd edib ki, qətnamə layihəsi qəbul olunarsa, HƏMAS-ın danışıqlar masasına oturmaq üçün heç bir təşəbbüsü olmayacaq.

Избранный
18
10
metbuat.az

10Источники