RU

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Girdəni kəndində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə piyada, 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb, lakin onun öldüyü məlum olub.
R.Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Избранный
8
7
sherg.az

8Источники