RU

Bu xəbər də neft bazarını “güldürə” bilmədi

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 545 min barel artaraq 430,29 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, məlumat ölkənin Energetika Nazirliyinin hesabatında açıqlanıb.

Hesabata əsasən həftə ərzində benzin ehtiyatları 2,05 milyon barel artaraq 208,93 milyon barel olub. Kommersiya distillat ehtiyatları isə 114 min barel azalaraq 114,3 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 85 min barrel azalacağını, benzin ehtiyatlarının 750 min barrel və distillat ehtiyatlarının 400 min barel artacağını gözləyirdilər.

ABŞ-da neft ehtiyatlarının artmasına dair xəbər qısa müddətdə neft qiymətlərinin artmasına səbəb olsa da, sonra yenidən ucuzlaşma ilə əvəz olunub. Hazırda Brent nefti 73 dollara ticarət olunur.

 

Musavat.com

Избранный
4
4
musavat.com

5Источники