RU

Husilər Yəmən sahillərində Türkiyə gəmisinə raket zərbəsi endiriblər

Türkiyə şirkətinə məxsus quru yük gəmisi Yəmən sahillərində husilər tərəfindən raket atəşinə tutulub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyənin Xarici İşlər Nazirliyi hücumu pisləyib. "Husilərin Yəmən sahillərində üzərkən Türkiyə şirkətinə məxsus Panama bayrağı altında üzən "Anadolu S" quru yükünə vurduğu raket zərbələrini pisləyirik", - nazirliyin açıqlamasında deyilir.

Избранный
17
5
report.az

10Источники