RU

Neymar milliyə nə vaxt qayıdacaq? - "Onu çağırmamaqda haqlı idik"

Braziliya millisinin baş məşqçisi Dorival Junior Neymar barədə danışıb.

Publika.az xəbər verir ki, o, 32 yaşlı vingerin milliyə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb:

“Neymara heyranlığımı heç vaxt gizlətməmişəm. Onun nə qədər istedadlı olduğunu hamımız bilirik. İstərdim ki, komandaya kömək ola biləcəyi bir vaxtda milliyə qayıtsın. Ümid edirəm ki, gələn il, konkret desək, martda bu yenidən baş verəcək. İstədiyimiz tək şey onun tam formada olmasıdır ki, özünü yaxşı tərəfdən göstərə bilsin. Şübhə etmirəm ki, Neymarla komandanın çıxışı daha da yaxşı olacaq.

Keçən dəfə onu milliyə çağırmamaqda haqlı idik. Xüsusən də sonradan zədəsi ilə bağlı baş verənlərə görə. Biz onun vəziyyətini izlədiyimiz üçün çox diqqətli idik. Düzgün yanaşma tutduq. Əvvəlcə onun klubdakı vəziyyətini bərpa etməsini istəyirik. Sonra milliyə qayıdacaq. Çünki ona bu, lazımdır”.

Избранный
77
publika.az

1Источники