RU

Avrozonada tikinti istehsalı mülayim azalma göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada tikinti istehsalı sentyabrda əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.

Məlumatlara görə, Avrozonada tikinti istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,6 faiz azalıb.

Aİ-də isə tikinti istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.

Aİ ölkələri arasında sentyabr ayında əvvəlki aya nisbətən tikinti istehsalında ən böyük azalma 5,5 faiz ilə Çexiya, 4 faiz ilə Slovakiya və 3,2 faiz ilə Niderlandda müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
34
banco.az

1Источники