RU

Neft qiymətləri yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ukraynada qarşıdurmanın artdığı bir şəraitdə neftin qiyməti yenidən yüksəlməyə başlayıb.

Banco.az xəbər verir ki, həftənin dördüncü ticarət günündə Brent markalı neftin bir barelinin qiyməti 73 dollara yaxınlaşıb.

ABŞ xam nefti 69 dollar səviyyələrində satılır.

Britaniya mətbuatının yazdığına görə, Ukrayna Böyük Britaniyanın tədarük etdiyi uzaq mənzilli “Fırtına kölgəsi” qanadlı raketlərindən ilk dəfə olaraq Rusiya torpaqlarında istifadə edib.

Digər tərəfdən, hökumət məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 545 min barel artıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
17
banco.az

1Источники