RU

Kişilər üçün ən zərərli qidalar hansılardır?

“Balanslaşdırılmış pəhriz reproduktiv sağlamlığı qorumağa imkan verir və müxtəlif xəstəliklərin qarşısının alınmasına kömək edir”.

 

Bu barədə uroloq-androloq Aleksey Moiseyenko “gazeta.ru”ya şərhində bildirib.


Moiseyenkonun sözlərinə görə, trans yağlar, şəkər və duzla zəngin “fast food” kişilərin sağlamlığına zərərlidir:


“Belə yeməyə həvəs piylənmə, ürək və damar xəstəliklərinin, həmçinin prostatit və diabetin inkişafına səbəb ola bilər. Emal edilmiş ət məhsulları (kolbasa, sosis) böyük miqdarda duz, yağ, konservantlar və kanserogenlərdən ibarətdir. Bu səbəbdən onlar prostat vəzi xərçəngi və digər xərçəng növlərinin inkişaf riskini artırırlar”.


Həkim həmçinin alkoqolun reproduktiv sağlamlığa zərərli olduğunu deyib:


“Alkoqolun müntəzəm istifadəsi ilə iktidarsızlıq riski artır. Bundan əlavə, pəhrizdə şirin qazlı içkilər və ağ çörəyin miqdarını minimuma endirin: bu məhsullarda çoxlu karbohidratlar var və onların pəhrizdə həddindən artıq olması metabolik pozğunluqlara səbəb ola bilər”.

 

Yeniavaz.com

Tarix: 21 Noyabr 2024, 08:34   
Избранный
21
3
pravda.az

4Источники