RU

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, TCMB-nin əsas faiz dərəcəsini 50% səviyyəsində dəyişməz saxlayacağı gözlənilir. 

Türkiyə Mərkəzi Bankı sərt pul siyasəti çərçivəsində yüksək faiz dərəcəsini tətbiq etməkdə davam edir. TCMB faiz dərəcəsini mart ayında 50 faizə qaldırıldıqdan sonra bu günə qədər sabit saxlayıb.

İş dünyasının bəzi seqmentləri yüksək faiz dərəcələrindən şikayətlənirlər. Bazarlar faiz dərəcəsinin bu gün də veriləcək qərar ilə sabit qalacağını gözləsələr də, dekabr ayında endirimin olub-olmayacağı ilə bağlı mesaj axtaracaqlar.

Bir sıra iqtisadçılar dekabr ayında TCMB-nin faizini endirməsi üçün yerin olduğunu qeyd edirlər. Əgər məlumatlar xidmət qiymətlərindəki artımın daha da yavaşladığını göstərməsi halında dekabrda faizlərin azaldılması baş bilər. 

Əksər iqtisadçılar hesab edirlər ki, Türkiyə Mərkəzi Bankı inflyasiyada azalmanın qalıcı olduğuna əmin olmamış faiz endiriminə başlamayacaqdır. Onlar TCMB-nin 2025-ci ildə faiz indiriminə başlaya biləcəyini qeyd edirlər. 

Избранный
27
marja.az

1Источники