RU

Emilie Beauchamp: İqlim böhranının həlli üçün maliyyə sahəsində çox iddialı nəticə əldə etməliyik

Fins.az - “COP29-da diqqətim iqlimə uyğunlaşma üzərindədir və mən maliyyə danışıqlarını izləyirəm. Burada vacib olan məqam yeni kollektiv və kəmiyyətlə ölçülə bilən məqsəd üzrə yekun qərarın bir hissəsi kimi uyğunlaşmanın aydın şəkildə tanınmasına əmin olmaqdır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Davamlı İnkişaf İnstitutunun sübut, monitorinq, qiymətləndirmə və öyrənmə üzrə aparıcı işçisi Emilie Beauchamp deyib.

O vurğulayıb ki, məqsəd təkcə iqlimə uyğunlaşma üçün nə qədər maliyyə vəsaitinin olması ilə bağlı deyil, həm də bu vəsaitin ən həssas təbəqələr arasında necə əldə edilməsi və bölüşdürülməsidir.

“Dünyanın iqlim böhranının həllində irəliləyişini istəyiriksə, maliyyə sahəsində çox iddialı nəticə əldə etməliyik”, - deyə o bildirib.

Избранный
5
1
fins.az

2Источники