RU

Bitcoin, Trampın kriptovalyuta planları ilə bağlı optimizmlə 97 000 dollara yüksəldi

Donald Trampın ABŞ-da 5 noyabr seçkilərində qalib gəlməsinin ardından kriptovalyutalarda başlayan və Bitcoin-in 100 000 dollara doğru getməsinə səbəb olan "ralli" davam edir.

Marja xəbər verir ki, Bitcoin-in qiyməti bu səhər yeni rekord qıraraq 97 min dollar səviyyəsinə çatıb. 

Bitcoin-in qiyməti ayın əvvəlindən 36,87 faiz, ilin əvvəlindən isə 128,35 faiz artıb.

IG Markets analitiki Tony Sycamore, "Bitcoin hazırda həddindən artıq alış zonasına daxil olub, qiymət 100 000 dollar səviyyəsinə doğru sürətlə irəliləyir" deyib.

Tramp seçki kampaniyası zamanı rəqəmsal aktivləri qəbul edərək, ABŞ-ı “planetin kriptovalyuta paytaxtı" edəcəyini və milli bitkoin ehtiyatı yığacağını vəd edib. Seçkidən sonra ABŞ-da siyahıya alınmış Bitcoin birja fondlarına 4 milyard dollardan çox vəsait daxil olub.

Избранный
67
2
marja.az

10Источники