RU

Tullantısız dünya iqlim savaşının önəmli hədəfidir

COP29 çərçivəsində ərzaq, kənd təsərrüfatı və su tematik günündə üzvi tullantılardan metan emissiyalarının azaldılması mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Toplantıda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək üzvi tullantıların metan emissiyalarının əsas mənbələrindən biri olduğunu və bu emissiyaların azaldılmasının iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan COP29-un sədri kimi qlobal miqyasda metan emissiyalarının azaldılması üçün sektoral yanaşmanın vacibliyinə diqqət çəkən bəyanat təqdim edib. Sənəddə məişət tullantılarının səmərəli idarə olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bu sahəyə maliyyə resurslarının cəlb edilməsi kimi vacib məsələlər yer alıb.

Xatırladaq ki, yüksəksəviyyəli tədbirdə Cənubi Koreya, Slovakiya, Moldova və Nigeriyanın ətraf mühit nazirləri, ABŞ Prezidentinin iqlim məsələləri üzrə müşavirinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru, eləcə də Beynəlxalq Bərk Tullantılar Assosiasiyasının prezidenti iştirak ediblər.

Tədbir zamanı ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Yaponiya, Cənubi Koreya, Nigeriya kimi ölkələr Azərbaycan tərəfindən bu mövzuya qlobal diqqətin yönəldilməsini yüksək qiymətləndirərək təqdim edilən bəyanata qoşulublar.

Избранный
28
xalqqazeti.az

1Источники