RU

Məhkəmə çay evində bacı-qardaşa qarşı soyğunçuluq edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Zaur Gözəlovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 4 sentyabr 2023-cü il tarixdə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Ellips” adlı çay evində qeydə alınıb.

 

Belə ki, Zaur Gözəlov tanışı istintaqa məlum olmayan başqa bir şəxslə birlikdə sözügedən çay evinə gəlib. O, tanışı, zərərçəkmiş M.Muradovla əyləşib söhbət edib. Bu zamanı Zaur zərərçəkmiş şəxsin ona olan 20 manat borcunun verməməsini bəhanə gətirməklə onun masanın üzərinə qoyduğu, 499 manat dəyərində “Xiaomi Redmi 12” markalı mobil telefonu götürüb. Sonra o, həmin yerdən çıxıb başqa yerdə söhbəti davam etdirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə onu binanın ikinci mərtəbəsinə aparıb. Zaur orada M.Muradovun əynindəki şalvarının arxa sağ cibindən pul kisəsi dartıb çıxarıb, içərisində zərərçəkmiş şəxsin bacısı, iş üzrə digər zərərçəkmiş Ə.Muradovaya məxsus 700 manat məbləğində nağd pulu ələ keçirib. Sonra o, hadisə yerindən uzaqlaşıb.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Zaur Gözəlov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. 

 

Kamal Məmmədov

 

Tarix: 21 Noyabr 2024, 09:24   
Избранный
14
pravda.az

1Источники