RU

Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhərində dövlət müəssisəsinin binası hərraca çıxarılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhərində dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərrac 7 yanvar 2025-ci il tarixində təşkil olunacaq.
Məlumata görə, hərraca çıxarılacaq obyekt AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin tabeliyindəki "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin binasıdır.
Sözügedən əmlakın ümumi ilkin (start) satış qiyməti 6 150 000 manat, 10% behin həcmi isə 615 000 manat müəyyənləşib.
Hərrac Bakı şəhərində müvafiq hərrac komissiyası tərəfindən keçiriləcək.
7 yanvar 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhərində təkrar hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumatı təqdim edirik:
Müəssisə və obyektin adı Ünvanı Tabe olduğu təşkilatın adı Ümumi faydalı sahəsi (kv.m) Özəlləşdirilən torpaq sahəsi (kv.m) İşçilərin sayı Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) Əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə (manat) Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti (manat) 10% beh (manat)
1 "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci km-i AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi 9 267.3 64 483.0 50 2 953 120 x 3 196 880 6 150 000 615 000
Избранный
21
9
oxu.az

10Источники