RU

Bayden administrasiyasından Ukraynaya növbəti jest - 4,7 milyard dollarlıq borc silindi

ABŞ administrasiyası Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunun silinməsi üçün hərəkətə keçib.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Miller açıqlamasında "Biz qanunda göstərilən addımı ataraq bu krediti sildik"- deyib.

Digər tərəfdən Miller ABŞ Konqresinin Bayden administrasiyasının bu addımını əngəlləyə biləcəyinə diqqət çəkib.

ABŞ Senatının bu gün Ukraynaya yardımı tənqid etməsi ilə tanınan respublikaçı senator Rand Paulun təqdim etdiyi təklif çərçivəsində Ukraynanın kredit borclarının bağışlanmasını rədd edən təklifi səsverməyə çıxarması gözlənilir.

"AzPolitika.info"

Избранный
9
azpolitika.info

1Источники