RU

Melonidən sərt mesaj: onu prezident kimi tanıdığını açıqladı

İtaliyanın baş naziri Corca Meloni Venesueladakı müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi ölkənin seçilmiş prezidenti kimi tanıdığını açıqlayıb.

Publika.azxəbər verir ki,paytaxt Buenos Ayresdə Argentina prezidenti Xavier Milei ilə görüşən Meloni venesuelalı müxalifət lideri Qonzalesi ölkənin qanuni dövlət başçısı olaraq gördüklərini bildirib.

Meloni Venesuelada demokratik və sülh yolu ilə keçid üçün Avropa İttifaqı (Aİ) ilə birlikdə çalışacaqlarını və xalqın seçdiyi prezident Qonzalesi dəstəkləyəcəklərini bildirib.

O, Venesuela prezidenti Nikolas Maduronun seçki zəfərini tanımayacaqlarını deyib: “Biz onlarla etirazçının ölümünə səbəb olan rejimin təzyiqini, minlərlə siyasi müxalifin özbaşına saxlanmasını və siyasi müxaliflərin sürgün edilməsini pisləməyə davam edəcəyik. Venesueladakı böhran təkcə bu ölkə üçün deyil, həm də Argentina və İtaliya üçün vacib məsələdir”.

Избранный
9
publika.az

1Источники