RU

BİZİM TƏQVİM: 21 noyabrda baş vermiş tarixi hadisələr » AzadMedia.az


Bu gün Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın yarandığı gündür. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib.

Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub.

Bəs, noyabrın 21-də dünyada daha nələr olub?

1. 1900-cü ilin 21 noyabr tarixindә yәhudilәrin Fәlәstinә köç edәrәk yerlәşmәlәrinә mane olmaq mәqsәdilә Osmanlı hökumәti müxtәlif tәdbirlәr görüb. Görülәn tәdbirlәr arasında xaricdәn gәlәn yәhudilәrin pasportlarını verәrәk әn çox üç ay әrzindә Fәlәstindә qalmalarına icazә verәn “Qırmızı vәsiqә” tәtbiqi dә vardı.

2. 1905-ci ilin 21 noyabr tarixindә Albert Eynşteynin enerji və kütlə arasındakı əlaqəni göstәrәn “E = mc2” tənliyi haqqında tezisi "Annalen der Physik" jurnalında dərc edildi.

3. 1938-ci ilin 21 noyabr tarixindә Türkiyә Cümhuriyyәtinin banisi Mustafa Kamal Atatürkün nәşi Ankara Etnoqrafiya Muzeyindә dәfn edilib.

4. 1955-ci ilin 21 noyabr tarixindә Yaxın Şәrqdә artan Sovet təhdidinə qarşı Türkiyə, İran, İraq, Pakistan və İngiltərənin iştirakıyla Bağdad Paktı imzalanıb.

5.1957-ci ilin bu günündə Xəzər dənizində baş vermiş qasırğa nəticəsində Neft Daşlarında 21 nəfər həlak olub.

6. 1980-ci ilin 21 noyabr tarixindә Amerika Birlәşmiş Ştatlarının әylәncә mәrkәzi Las Veqasdakı otellәrin birindә baş verәn yanğın nәticәsindә 87 nәfәr hәlak olub, 650-dәn çox adam da yaralanıb.

7. 2002-ci ilin 21 noyabr tarixindә NATO ilk dәfә keçmiş Varşava Paktı ölkəsi olan Çexiya Respublikasının paytaxtı Praqada sammit keçirdi. Sammitdə Varşava Paktının keçmiş üzvləri Litva, Latviya, Estoniya, Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üzvlüyü təsdiq edildi.

8. 2007-ci ililin bu günündə Gürcüstanın Tetri-Skaro rayonunda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin və Gürcüstanın sabiq prezidentləri Abdullah Gül və Mixeil Saakaşvili iştirak ediblər.

9. 2009-cu ilin 21 noyabr tarixindә Çinin Heqanq şәhәrindә baş verәn mәdәn qәzası nәticәsindә 104 şaxtaçı hәlak oldu.

10. Noyabrın 21-i Ümumdünya Televiziya Günüdür. 1996-cı il dekabrın 17-də BMT-nin Baş Məclisi noyabrın 21-ni həmin il ilk Ümumdünya Televiziya Forumunun keçirilməsi ilə əlaqədar Ümumdünya Televiziya Günü elan edib. Məqsəd həmin gün televiziya şirkətlərinin dünya, təhlükəsizlik, iqtisadi, sosial inkişaf və mədəniyyətə dair verilişlərini bir-birinə ötürməsini təmin etmək idi.

11. Noyabrın 21-i həm də hər il Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərib və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş ediblər. Bu fikir hamı tərəfindən dəstəklənib və 1973-cü ildən etibarən hər il 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

Noyabrın 21-də bu şəxsiyyətlər xatırlanır:

1. 21 noyabr 1926-ci ildə ədəbiyyatşünas, yazıçı-publisist Nadir Vəlixanov (1926-1995) anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.

2. 21 noyabr 2020-ci ildə Xalq artisti Əjdər Həmidov (28.9.1953 – 2020) vəfat edib. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

3. Azərbaycanın Milli Qəhrəmanı Mehman Sayadov 21 noyabr 1972-ci ildə dünyaya gəlib.

Bizim.Media
Избранный
71
3
azadmedia.az

10Источники