RU

Stefan Ahlenbruk: "Dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi - Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su həllərinin Milli Müəyyən edilmiş Töhfələrə (NDCs) və Milli Uyğunlaşma Planlarına (NAPs) inteqrasiyası. Biomüxtəliflik, su və iqlim zənciri" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
"Yer kürəsinin təxminən yarısında su axını orta həddən aşağı və yaxud çox aşağı olub. Bu maraqlı məqamdır, çünki son 15 ayda, demək olar ki, hər ay temperatur rekordu qırmışıq. Beləliklə, planetdə əvvəllər heç vaxt bu qədər isti olmayıb. Atmosferdəki bu istilik çayları qurudur. Həmçinin okeanlarda da rekord temperaturlara şahid olduq. Okeanlarda və atmosferdə yüksək temperatur daha çox ekstremal yağışa səbəb olub. Beləliklə, biz çox şiddətli daşqınlarla xarakterizə olunan bir il yaşadıq", - deyə o qeyd edib.
Məhərrəm Əliyev
Избранный
20
oxu.az

1Источники