RU

Biləsuvarda quş yuvası FACİƏYƏ səbəb oldu – FOTO

Biləsuvarda gənc oğlan qazdan boğulub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Ovçubərə kəndində baş verib. Kənd sakini 29 yaşlı İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Məlumata görə, evdəki “İran sobası”nın dəm qazı üçün nəzərdə tutulan borusunda quş yuva qurubmuş. Bu səbəblə dəm qazı sobadan çıxa bilməyib və evə dolub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
heftelik.az

1Источники