RU

"O dövrün ziyalı insanları Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər" - MÜNASİBƏT BİLDİRDİ

"90-cı illərdə Azərbaycanda baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yaratmaqla yanaşı mövcud olan xaos və anarxiya Azərbaycanın dövlət kimi varlığını da təhlükə altında qoyurdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.O bildirib ki, həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafeyi naminə birlik yox idi: "Xalqın bu siyasi təşkilatlara və onların liderinə heç bir inamı qalmamışdı və ölkədə xaos baş alıb gedirdi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını, respublikamızda taleyüklü məsələləri tənzimləməyi bacaran tanınmış bir şəxsin liderliyi ilə fəaliyyət göstərən yeni partiyanın yaranmasına ehtiyac vardı.Azərbaycanın taleyini düşünən o dövrün ziyalı insanları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.Beləliklə, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi nəinki Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir"."Azərbaycan xalqı əmindir ki, Yeni Azərbaycan Partiyasının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dediyi və özünün ölkəyə rəhbərlik etdiyi müddətdə sübuta yetirdiyi kimi, bundan sonra da yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi, enerjisi və təşəbbüskarlığı sayəsində xalqımızın dinc və firavan həyat səviyyəsini təmin etmək, respublikamızın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək istiqamətində yeni və çox möhtəşəm uğurlara imza atacaqdır. O səbəbdən də Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına və onun rəhbərliyinə dəfələrlə etibar etmiş dövlətinin idarəçilliyini məhz YAP –ın namizədinə etibar edərək İlham Əliyevi özünə prezident seçib" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Избранный
20
1
sesqazeti.az

2Источники