RU

1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI

20 noyabr Ağdam Şəhəri Günüdür. Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.

O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.

Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi:

“O döyüşə gedəndə xəbər vermirdi. Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi. Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik. Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik”.

Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir. Bu gün işğaldan azad olunan digər şəhər və kəndlərimiz kimi, Ağdamda da bərpa-yenidənqurma işləri aparılır. Günü-gündən abadlaşan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Ətraflı Baku TV-nin süjetində:

Избранный
25
4
tribunainfo.az

5Источники