RU

DSMF-nin büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırımasına yenidən baxılması təklif olunur

Dövlət sosial müdafiə fondunun büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırıması təcrübəsinə yenidən baxılması təklif olunur.

APA-nın xəbərinə görə, bu, Hesablama Palatasının 2025-ci il üçün Dövlət sosial müdafiə fondunun büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, son illərdə sığorta haqlarının hesabatlılığı və yığılması istiqamətində şəffaflığın yüksəlməsinə, eləcə də inzibatçılığın güclənməsinə xidmət edən addımların atılması fondun gəlirlərinin artıqlaması ilə icra olunmasına şərait yaradıb. Habelə xərclərin əsas hissəsi olan pensiya ödənişlərinin hər bir pensiyaçı üzrə ayrı-ayrılıqda deyil, xüsusilə sığorta prinsipinə əsaslanmayan dövrlər üzrə ümumi yanaşma kimi əmsallar tətbiq olunmaqla hesablanması xərclərin tam icra olunmaması ilə nəticələnir. Belə ki, pensiya xərcləri "Əmək pensiyaları haqqında" qanunda təsbit edilmiş tələblər əsasında aparılan hesablama nəticəsində müəyyənləşən məbləğ olmaqla fondun büdcə gəlirlərindən asılı olmadan formalaşır. Başqa sözlə, bu xərclər müvafiq hüquqi aktların tələbi olmaqla dövlətin qəbul etdiyi funksiyaların icrası məqsədi daşıyır: “Göstərilənlər, eləcə də xərc istiqamətlərinin konkret olması fonunda qeyd edə bilərik ki, əslində xərclər daha üstün mövqedə olmaqla gəlirlər tərəfindən təmin olunmalıdır. Həmçinin diqqətdə saxlanılmalıdır ki, fondun büdcəsi tarazlıq prinsipi ilə proqnozlaşdırılsa da, artıq 2023-cü ildən başlayaraq investisiya fəaliyyətinə başlanılıb və bu da, öz növbəsində, artıq gəlir və xərclərin bərabər qəbul olunmamasını şərtləndirir. Büdcənin tərtibi zamanı istifadə edilməmiş vəsaitin mənbə kimi nəzərə alınması xərclərin artım tempinin gəlirlərin artım tempini üstələməsi ilə əlaqədar olduğu diqqətə alınmaqla ilin sonunda icra edilməməsi büdcə gəlirlərinin və xərclərinin bərabər qəbul olunması fonunda xərclərin daha çox proqnozlaşdırıldığı vurğulanmaqla bu prosesə əsaslı yanaşmanı zəruri edir. Həmçinin "taraz büdcə" prinsipinin tətbiqi gəlirlər üzrə də tərtib edilmiş proqnozlarla potensial arasında uzaqlaşmalara gətirib çıxarır. Belə ki, gəlirlər üzrə potensial nəzərə alınarsa, xərclərin bu göstəriciyə bərabərləşdirilməsi potensalı mövcud deyil. Beləliklə, yuxarıda göstərilənlər, xüsusilə investisiya fəaliyyətinin tətbiqinə başlanılması fondun büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırıması təcrübəsinə yenidən baxılmanı zərurətə çevirir”.

Избранный
18
2
apa.az

3Источники