RU

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edib

Avstraliyada 16 yaşdan kiçik insanların sosial mediaya çıxışını qadağan edən qanun qəbul edilib...

Poliqon xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albaneze bildirib.

Hökumət başçısının sözlərinə görə, yeni qanun sosial media istifadəçiləri üçün minimum yaş həddi təyin etdiyi üçün dünyada aparıcı qanuna çevirilə bilər:

"Qanun onlayn təhlükəsizlik qanunvericiliyinə mühüm dəyişikliklər edir və gənc avstraliyalıları inkişafının kritik dövrlərində daha yaxşı qorumaq məqsədi daşıyır".

Qanun texnologiya şirkətlərini və sosial şəbəkə administrasiyalarını 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatdan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə məcbur edir. Tələblərin pozulması ciddi nəticələrə səbəb olacaq: rəqəmsal platformalar üçün cərimələr 49,5 milyon Avstraliya dollarına (32 milyon dollardan çox) çata bilər.

"Snapchat", "TikTok", "Instagram" və X (keçmiş Twitter) kimi populyar platformalar yeni qaydalara aiddir. İstisnalar uşaqlar üçün əlçatan olan "Google Classroom", "YouTube", ani mesajlaşma proqramları və onlayn oyunlar üçün edilir.

Poliqon.info

Избранный
29
29
poliqon.info

10Источники