RU

Podiumdan yaşıl meydana - 23 yaşında klub prezidenti oldu - Video

23 yaşlı türkiyəli model Nevide Çiçek Antalya Həvəskarlar Liqasında mübarizə aparan “Çakallıklı Spor”un prezidenti olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, klubun məşqinə baxmaq üçün onların toplanışına qatılıb və komandaya dəstəyini bildirib.

Nevide Çiçek özü də futbol oynayıb. O, “1207 Antalyaspor” qadın futbol klubunda top qovur.

Gənc qız, həmçinin 2021-ci ildə Livanda keçirilən “Miss Tourism Universe” yarışmasında Türkiyəni təmsil edib. 2022-ci ildə “Avrasiya Kraliçası” gözəllik yarışmasında qalib gəlib. Sonuncu dəfə isə Moskvada keçirilən “Miss Avrasiya” gözəllik yarışmasında 25 fərqli ölkədən gələn iştirakçılar arasında 3-cü olub.

Nevide Çiçek boş vaxtlarında rəhbərlik etdiyi komandanın məşqini yaxından izlədiyini bildirib: “Orta məktəb illərində futbol oynamağa başladım. O vaxtdan özümü təkmilləşdirərək Antalyaya transfer oldum. İndi çox gözəl bir layihə qarşıma çıxdı və bunu dəyərləndirmək istədim. Komandamız da güclüdür, məşqləri uzaqdan da olsa izləyirəm”.









Избранный
15
2
qafqazinfo.az

1Источники