RU

Heydər Əliyev soruşdu ki, sizin adınız niyə “91-lər” arasında yoxdur? - Şahlar Əsgərov

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında iştirak etmiş "91-lər"in üzvü, sabiq deputat Şahlar Əsgərov bu siyasi təşkilatın qurulduğu dövrlə bağlı fikirlərini Modern.az-la bölüşüb.

Şahlar Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin "91-lər"ə münasibətindən danışıb. Deyib ki, məhz onun sayəsində vaxtilə “91-lər" YAP-dan incik salınıb və tədricən uzaqlaşdırılıb.

“Ümummili lider Heydər Əliyev onlardan “sizin adınız niyə “91-lər” arasında yoxdur?” soruşanda deyirdilər ki, “cənab Prezident sizi xalq çağırdı, biz də xalqın bir üzvüyük”. Amma bu fikir elmə ziddir. Xalq kütlədir, kütlə isə yaradıcı deyil. Yaradıcı olan fərdlərdir. “91-lər” yaradıcıdır, onlar Heydər Əliyevi çağırdılar. 1987-ci ildən 1991-ci ilə qədər Heydər Əliyev tənqid ediləndə xalq onu müdaifə etmədi. Deməli ortada olan fərdlərdir. Amma onlar deyirdilər ki, “xalq sizi çağırdı, biz onların üzvləriyik”. Əlbəttə Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün arxasında xalq dururdu, akademiklərin, professorların arasında xalq var idi. Amma xalq yaradıcı deyil. Xalqın beynində ideyanı əkməlisən, onu əkməsən bitməz. İdeyanı xalq yox, onun fərdləri yaradır və xalq xoşbəxt olur”.

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalı məktub hazırlayrkən bəzi şəxslər ora imza atmaq istəməyiblər. Məlumatlara görə, Heydər Əliyevə müraciət edən “91-lər”ə qoşulçmaq istəməyənlər arasında akademik Ramiz Mehdiyev də olub.

Избранный
21
7
modern.az

9Источники