RU

Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağa yönəlib. BMT təşkilatları ilə əməkdaşlıq çərçivəsində yaradılmış qadın resurs mərkəzlərinin davamlılığı artıq dövlət komitəsi tərəfindən təmin edilir".
Oxu.Az xəbər verir ki, bunu Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə Azərbaycanda əmək qabiliyyətli əhalinin 48 faizi kənd təsərrüfatında çalışır ki, onların da 49 faizi qadınlar, 51 faizi isə kişilərdir:
"Xüsusilə qadınlar üçün kənd təsərrüfatında çalışanları dəstəkləmək və həssas gender tədbirləri həyata keçirmək milli prioritetlərdən biridir. Ölkədə yaşıl kənd təsərrüfatını dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planı icra edilib. Bu, plan mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarətdir. COP29 çərçivəsində gender bərabərliyini iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. İqlim maliyyələşdirilməsində həssas gender modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcək. Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik".
Mərahim Nəsib
Избранный
20
50
oxu.az

10Источники