RU

Trampa "susmaq üçün ödəniş" işində hökm oxunub

May ayında sabiq Prezident Donald Tramp 2016-cı il seçkisindən öncə ona ziyan vura biləcək məlumatların üstünün açılmasının qarşısını almaq üçün biznes qeydlərini saxtalaşdırmaqla əlaqədar 34 ittiham üzrə təqsirli bilinib. Ona hökm oxunması seçkidən sonraya təxirə salınıb. Amma indi o artıq prezident seçilib və bundan sonra nə olacağı qeyri-müəyyəndir.

Prezident seçilən Donald Trampın məhkum edilməsi gözlənilir mi?

Bu sualın cavabı hələ bilinmir. Belə ki, Nyu York ştatının hakimi Huan Merçan məhkum edilmiş sabiq ABŞ Prezidenti, eyni zamanda isə gələcək prezidentin ətrafındakı qeyri-adi şərtləri nəzərdən keçirir.

May ayında Tramp 2016-cı il seçkisindən öncə seks qalmaqalının qarşısını almaq üçün porno ulduz Stormi Danielsə ödəmələrini ört-basdır etməklə əlaqədar 34 ittiham üzrə gühankar tanınıb.

Trampa “susmaq üçün ödəniş”lə əlaqədar məhkəmə işində hökm oxunması bir neçə dəfə təxirə salınıb və onun bu ayın əvvəlində əldə etdiyi qələbə məhkəmə proseslərini daha da şübhə altına alır.

“Həqiqətən də burada əsas məsələ Trampa hökmün ümumiyyətlə oxunub-oxunmayacağını öyrənməkdir. Və bu, o vəzifəyə başlamadan əvvəlmi baş verəcək, yoxsa məhkəmə işinə sadəcə olaraq xitammı veriləcək?” Nyu York Hüquq Məktəbindən Anna Kominski deyir.

Trampın müdafiə komandası iddia edir ki, Ali Məhkəmənin iyul ayında verdiyi qərar onu prezidentlik toxunulmzalığı ilə təmin edir və bu məhkəmə işi tamamilə ləğv edilməlidir.

Ancaq Manhetten rayonunun prokuroru Alvin Braaq iddia edir ki, münsiflər məhkəməsi onun təqsirli olduğuna Ali Məhkəmənin qərarından əvvəl qərar verib və Tramp həmin zaman prezident deyildi.

O hakimə məktubunda qeyd edib ki, ittihamçılar işi ləğv etmək səylərinə qarşı çıxacaqlar, amma hökm oxunmasını Tramp vəzifəyə gələndən sonraya təxirə salmağa açıqdırlar.

“Əgər Huan Marşan bir ehtimal kimi ittihamçıların təklifi ilə razılaşdığına qərar verərsə, o, təqsirləndirilən şəxin Birləşmiş Ştatların prezidenti olması kimi qeyri-adi bir şərait fonunda məhkəmə prosesini 2029-cu ilə, yəni Donald Trampən prezidentlik müddəti bitənə qədər dayandıra bilər,” Pennsilvaniya Universiterindən Kler Finkelstin deyir.

“Susmaq üçün ödəniş”lə bağlı məhkəmə işi prezident seçilən Trampın mübarizə aparmalı olduğu yeganə məhkəmə işi deyil.

Xüsusi prokuror Cek Smitin irəli sürdüyü iki federal məhkəmə işinin də yekunlaşmağa yaxın olduğu bildirilir, çünki Ədliyyə Departamentinin uzun zamandır mövcud olan qaydasına əsasən, vəzifədə olan prezidentlərə qarşı rəsmi ittiham irəli sürülə bilməz. Həmin məhkəmə işinin birində məxfi sənədlərin yanlış saxlanılması digərində isə seçkiyə müdaxilə iddiaları yer alır.

Ancaq Corciyada seçkiyə müdaxilə ilə bağlı məhkəmə işi federal yurisdiksiyaya düşmür.

“Texniki olaraq, Corciya ştatı Ədliyyə nazirliyinin qaydasına tabe olmadan hərəkət etməkdə azaddır. Amma bunu edə bilərlərmi? Onların təqsirləndirilən şəxsin ABŞ prezidenti vəzifəsini icra edən şəxsin olduğu məhkəmə prosesini davam etdirmək üçün Donald Trampın onlarla əməkdaşlıq etməsini və bunun üçün də Ağ Evin də onlarla əməkdaşlıq etməsini gözləmək olarmı?” Pensilvaniya Universitetindən Krel Finkelstin deyir.

Bu hal misli görünməmiş olduğu üçün hüquqi baxımdan da presedenti olmayan bir vəziyyət yaradır.

visiontv.az



Избранный
16
visiontv.az

1Источники