RU

İrlandiya millisinin kapitanı: “Azərbaycan üzərində qələbəyə fokuslanmışıq”

“Bizim üçün həyəcanlı zamanlardır. Yarışda mübarizəni davam etdirmək üçün, hər 2 ev oyununda qalib gəlməliyik”.

İdman.biz xəbər verir ki, bunu İrlandiyanın kişilərdən ibarət basketbol millisinin kapitanı Şon Flud deyib.

28 yaşlı basketbolçu DÇ-2027-nin 1-ci seçmə mərhələsində yığmamıza qarşı oynayacaqları matçı dəyərləndirib. O bildirib ki, qrupda 2 matçda məğlubiyyətdən sonra son şanslarından maksimum istifadə etməyə çalışacaqlar: "Ya elə indi, ya da heç vaxt. Bilirik ki, Azərbaycan millisinin amerikalısı Cordan Devis çox istedadlıdır. O, İspaniyanın yüksək liqasında oynayır və Avropada olduqca uğurlu bir karyera qurub. Onlar bir neçə yerli istedadlı oyunçuya sahibdirlər. Yaxşı ölçüləri və üçlük atışlarını yerinə yetirmək qabiliyyətləri var. Belə bir oyunda hətta kiçik detallar da önəmlidir. Bizim düşərgədə çox yaxşı bir atmosfer var. Daim deyirik ki, iki oyunu qazanmalıyıq. Amma birinci matçda qələbə olmasa, digərinin mənası qalmayacaq. Hamı diqqətini cəmləyib. Azərbaycan üzərində qələbəyə fokuslanmışıq. Kosovoya qarşı matç haqqında heç bir söhbət etməmişik. Yalnız bugünkü oyuna diqqətimizi cəmləmişik”.

Qeyd edək ki, bu gün Dublində keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 21:00-da start götürəcək.

İdman.biz

Məqalədə:
Избранный
33
idman.biz

1Источники