RU

İranın paytaxtı dəyişir - Pezeşkian tapşırıq verdi

İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının köçürülməsi planının hazırlanmasına başlanıldığını elan edib.

“Qafqazinfo” bu barədə ISNA agentliyinə istinadən xəbər verir.

Prezident planın hazırlanması üçün birinci müavini Mohammad Reza Arefi məsul təyin edib.

“Bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox digər problemlərlə üzləşməsinə səbəb ola bilər”, - deyə Pezeşkian vurğulayıb.

Xatırladaq ki, sentyabrın 7-də Pezeşkian paytaxtı cənuba köçürmək istədiyini açıqlayıb.

Избранный
27
10
azpolitika.info

10Источники