RU

Türkiyə paytaxtının su ehtiyatı azalıb

Yağıntıların kəskin azalması və Anadolu su anbarlarında suyun buxarlanması ilə müşayiət olunan yüksək temperatur Türkiyə paytaxtının su təchizatında ciddi problemlərin olacağı təhlükəsi yaradır.

Ankara Şəhər Bələdiyyəsinin Su Təsərrüfatı İdarəsi (ASKİ) xəbər verir ki, bu həftənin əvvəlində su anbarlarının hazırkı ehtiyatı şəhəri və ətraf əraziləri cəmi 310 gün təmin edə bilir.

İdarə yaranmış vəziyyəti iqlim dəyişikliyi ilə əlaqələndirib. Məlumatda deyilir: “Əgər bu ilin yanvar ayında Ankara vilayətində 11 su anbarının ehtiyatı 161,3 milyon kubmetrdən çox idisə, sentyabrda bu rəqəm 13,5 milyon kubmetrə qədər azalıb”.

ASKİ-nin icraçı direktoru Aslan Akçay paytaxtdakı 2,6 milyondan çox abunəçini sudan mümkün qədər qənaətlə istifadə etməyə, xüsusən də özəl təsərrüfat sahələrində damcı suvarma sisteminə keçməyə çağırıb.

Избранный
75
1
veteninfo.az

2Источники