RU

Bayden Ukraynanın borclarını sildi

ABŞ administrasiyası Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunu bağışlamaq qərarına gəlib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. 

4,7 milyard dollar kreditin bağışlanması ABŞ Konqresinin təsdiqindən sonra həyata keçiriləcək.

Metyu Millerin sözlərinə görə, Bayden administrasiyası Konqres tərəfindən aprel ayında qəbul edilən maliyyələşdirmə qanunu çərçivəsində bu borcun silinməsi üçün fəaliyyətə başlayıb.

“Biz qanunda göstərilən addımı atdıq və bu krediti sildik”,- Miller jurnalistlərə belə deyib. 

O, ABŞ Konqresinin bu qərarı əngəlləmək ehtimalına da diqqət çəkib. Müxalif respublikaçı senator Rand Paulun təklifinə uyğun olaraq borcun bağışlanmasını rədd edən qanun layihəsinin Senatda səsverməyə çıxarılacağı gözlənilir.

ABŞ Prezidenti Cozef Bayden prezidentlik müddətinin sonuna yaxınlaşdığı bir vaxtda Ukraynaya dəstəyin vacibliyini vurğulayıb. Bu kontekstdə Tramp administrasiyasının Ukraynaya yardımı məhdudlaşdırmaq ehtimalı Bayden və Ukrayna lideri Volodimir Zelenski tərəfindən narahatlıqla qarşılanır. Zelenski ABŞ-nin yardımının azalmasının Ukraynanın Rusiya ilə davam edən müharibəsinə mənfi təsir göstərə biləcəyini və bu dəstəyin həyati əhəmiyyət daşıdığını bildirib.

Избранный
22
1
cebheinfo.az

2Источники