RU

Rusiyanın Trampa təqdim etmək istədiyi 2045-ci planına nə daxildir?

Rusiya Federasiyasının Müdafiə Nazirliyi 2045-ci ilə qədər dünyada hərbi-siyasi vəziyyətin inkişafının proqnozunu özündə əks etdirən sənəd hazırlayıb. Orada bildirilir ki, Ukrayna bir dövlət kimi ləğv olunacaq və onun ərazisi üç yerə bölünəcək. 

Demokrat.az
xəbər verir ki, bu barədə NV kəşfiyyat ictimaiyyətindəki mənbələrə istinadən yazıb.

Onların fikrincə, Rusiya bu sənədi digər ölkələrin hökumətləri və nümayəndələri vasitəsilə ABŞ-ın yeni prezidenti Donald Trampa və onun administrasiyasına çatdırmaq istəyir.

Qeyd olunur ki, Luqansk, Donetsk, Zaporojjya və Xerson vilayətləri, eləcə də Krımın Rusiyanın "yeni regionları"na daxil edilməsi planlaşdırılır.

Bundan əlavə, ruslar Kiyev, Çerniqov, Sumi, Xarkov, Poltava, Kirovohrad, Dnepropetrovsk, Odessa, Çerkassı, Vinnitsa və Jitomir vilayətlərinin daxil olacağı "Rusiyayönlü dövlət qurumu" yaratmaq istəyirlər. Planda nəzərdə tutulur ki, ərazilərin bu hissəsi Avropa və Avro-Atlantik inteqrasiyadan imtina edir və onlar daimi Rusiya hərbi mövcudluğuna malik olacaqlar.

Ruslar Ukraynanın qərb hissəsinin taleyini Macarıstan, Polşa və Rumıniya ilə həll etmək istəyirlər. Onlar Volın, Rivne, Xmelnitski, Lvov, İvano-Frankivsk, Ternopil, Çernivtsi və Zakarpatya vilayətlərini "mübahisəli ərazilər" adlandırıblar.

Jalə
Demokrat.az
Избранный
20
1
demokrat.az

2Источники