RU

ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib

Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Cəmi 3 mindən bir qədər çox əhalisi olan bu adalar onunla “məşhurdur” ki, ABŞ İkinci Dünya mühüribəsi zamanı 1944-cü ildə adanı yaponlardan təmizlədikdən sonra bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Hirosima cə Naqasaki şəhərlərinə atom bombası atıb. Hərbi bazanın bu dəfəki hədəfi ABŞ-ın strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir.

Marian adaları ABŞ-ın Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər ikisi Okinava və Quam adalarında yerləşib. ABŞ-ın bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları mövcuddur. Bölgə ölkələrindən Filippin də ABŞ-la hərbi müttəfiqliyi gücləndirib. Bu Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambodjada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.

Marian adasının yerli qubernatoru ABŞ hərbi bazasının genişlənməsinə verdiyi icazəni belə izah edib ki, sülh şəraitində yaşamaq üçün müdafiəni gücləndirmək lazımdır. Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvan adasını güc yoluyla ələ keçirmək istəyərsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. ABŞ-ın yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil. Tramp Amerikanın xaricində pul xərcləməyin əleyhinədir. Ancaq Tramp və onun komandası eyni zamanda Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin formalaşmasını da istəmirlər. Yaponiya və Tayvan ABŞ-ın strateji müttəfiqləridir. Vaşinqton həm Yaponiyanı, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək. Əsas məqsəd ABŞ-ın xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaq olacaq.

Bu arada, ABŞ, Avstraliya və Yaponiyanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Tayvan boğaı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan adası ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilib.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az



Избранный
19
3
visiontv.az

4Источники