RU

Pensiyaçıların ümumi sayı açıqlandı

"Hazırda ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2025-ci ilin büdcə müzakirəsi zamanı açıqlayıb.
 
Komitə sədri qeyd edib ki, onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır:
 
“2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir, bu meyil gələn ildə də davam edəcəkdir. 2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya 29,9% çoxdur”.
 
Избранный
17
10
moderator.az

10Источники