RU

Zaman gələcək: Gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar


Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin ən ali arzusu olan Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi bərpa etməklə, həm də bizim tarixi-mədəni sərvətlərimizi, elm və təhsil ənənlərimizi özümüzə qaytardı. Bunun ən yaxşı nümunəsi kimi Qarabağ Universitetinin yaradılmasını ali dəyərlərimizə, elmi irsimizə olan dərin ehtiramın nümunəsi kimi qiymətləndirmək olar.
Azərbaycanın tarixən zəngin elmi-mədəni-tarixi salnamələr ölkəsidir, canlı ensiklopedik coğrafiyadır. Bizim milli nişanələrimizin zəngim məxəzlərindən biri də Qərbi Azərbaycan torpaqlarıdır. Vaxtilə Azərbaycana məxsus olmuş torpaqlarda qurulmuş millətçi, təcavüzkar Ermənistan Respublikası bizim tarixi Vətənimiz olan Qərbi Azərbaycan ərazisində son bir əsrdə misligörünməmiş qəddarlıq və vandalizm aktları törədib. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi amansızlıqla yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edilərək müxtəlif yerlərdə yaşamağa məcbur olunub. Tarixin ən böyük ədalətsizliyi olan bu etnik təmizləmə nəticəsində azərbaycanlılara məxsus əmlak və qarət edilərək mənimsənilib, tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.
Bu genosid min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasına, mədəni irsini məhv edilməsinə səbəb olub. Xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilib. Bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izlər demək olar ki, qalmayıbdır. Göyçədə, Zəngəzurda, İrəvanda, doğulduğumuz torpaqlarda coğrafi adlarımız, toponimlərimiz, milli nişanələrimiz yer üzündən silinib, bütünlüklə erməni adları ilə əvəzlənibdir.
Qərbi Azərbaycan ağrısını hər zaman dilə gətirən Ümummilli lider Heydər Əliyev çıxışlarında, nitq və bəyanatlarında, xarici tədbirlərdə qeyd edirdi ki, indiki Ermənistan adlandırılan ərazilərin tarixən Azərbaycana mənsubdur, oradakı bütün maddi-mənəvi, tarixi sərvətlərin hər birində bizim xalqımızın nişanəsi, kimliyi var. 1998-ci il “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq konfransda
çıxış edən Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna toxunaraq Qafqazın müxtəlif ölkələrindən olan nümayəndələrin qarşısında açıq şəkildə mövqeyini belə ifadə etmişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan -İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilər­ən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu, Ermənistanın millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”
İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənil­məsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması Ulu öndərin başlıca hədəflərindən biri olmuşdur.
Vətən müharibəsində qazanılmış qələbə xalqımızın soy-kökünə bağlılıq və milli özünüdərk, milli intibah tarixşünaslığımızda kök salmış böyük bir boşluğu da aradan qaldırdı. Qələbə, eyni zamanda Qərbi Azərbaycan kimi tarixi ərazilərimizdəki zəngin irsimizin də tədqiq və təbliğ edilməsi istiqamətində yeni reallıqlar yaradıb.
Yeni reallıqlar Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni sərvətlərinin, irsinin, milli nişanəsinin qorunub saxlanılması, unudulmaması və gənc nəslə çatdırılmasını bizə diqtə edir. Bu, bizim gələcək nəsil qarşısında bu mənəvi borcumuzdur. Ermənistan əhaləsinin sayından çox olan Qərbi Azərbaycanlı soydaşlarımızın böyük milli irsinə, tarixi-mədəni xəzinəsinə, mədəniyyət və incəsənət salnaməsinə sahib çıxmaq öhdəliyimizdir.
Ona görə də bu zəngin irsin unudulmaması, gəncə nəslə çatdırılması, tarixi Vətənimizin keçmişi və bu günü barədə əsil həqiqətlərin təbliğ edilməsi üçün ensiklopedik elmi-tədqiqi araşdırmalarının aparılmasına imkan verən elmi tədqiqat mərkəzinin - Qərbi Azərbaycan Universitetinin yaradılması məqəsdəuyğun olardı.
Universitet zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması, neçə minillik tariximizin öyrənilməsi və tam məhv olunmasının qarşısının alınması, beynəlxalq müstəvidə təbliği, akademik səviyyədə dərin tədqiqatların aparılması üçün mərkəzi elmi məxəz ola bilər.
Bu, həm də Qərbi Azərbaycanın elmi-mədəni institut kimi beynəlxalq səviyyədə tədiqaqat və elmi diskusiyalara qoşulması ilə tarixi Vətənimzi haqqında əsil həqəqitələrin dünya müstəvisinə çıxarılmasında da mühüm rol oynayardı.
Universitetin təsis edilməsi sayəsində erməni, fransız, ingilis, ərəb, rus dillərində tarıx araşdırmalar aparmaq üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunması da mühüm fayda vermiş olardı.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Избранный
13
2
newscenter.az

3Источники