RU

Rusiyanın yeni Kiyev planı üzə çıxdı: 2045-dək…

Rusiya Müdafiə Nazirliyi 2045-ci ilə qədər dünyada hərbi-siyasi vəziyyətin inkişafının proqnozunu özündə əks etdirən sənəd hazırlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə UNİAN Agentliyi məlumat yayıb.
Orada bildirilir ki, Ukrayna guya dövlət kimi ləğv olunacaq və ərazisi üç yerə bölünəcək.
Həmin məlumatda iddia olunur ki, Rusiya bu sənədi digər ölkələrin hökumətləri və nümayəndələri vasitəsilə ABŞ-ın yeni prezidenti Donald Trampa və onun administrasiyasına çatdırmaq istəyir.
Sənədə əsasən Luqansk, Donetsk, Zaporojjya və Xerson vilayətləri, eləcə də Krımın Rusiyanın “yeni regionları”na daxil edilməsi planlaşdırılır.
Bundan əlavə, ruslar Kiyev, Çerniqov, Sumi, Xarkov, Poltava, Kirovohrad, Dnepropetrovsk, Odessa, Çerkassı, Vinnitsa və Jitomir vilayətlərinin daxil olacağı “Rusiyayönlü dövlət qurumu” yaratmaq istəyirlər. Planda nəzərdə tutulur ki, ərazilərin bu hissəsi Avropa və Avro-Atlantik inteqrasiyadan imtina edir və onlar daimi Rusiya hərbi mövcudluğuna malik olacaqlar.
Qeyd edilir ki, ruslar Ukraynanın qərb hissəsinin taleyini Macarıstan, Polşa və Rumıniya ilə həll etmək istəyirlər. Onlar Volın, Rivne, Xmelnitski, Lvov, İvano-Frankivsk, Ternopil, Çernivtsi və Zakarpatya rayonlarını “mübahisəli ərazilər” adlandırıblar.

Избранный
24
1
tribunainfo.az

2Источники