Xəbər verildiyi kimi, Nikol Paşinyan Ermənistan hökumətində bir sıra dəyişikliklər edib, bəzi nazirlər istefaya göndərilib. Onların arasında Daxili İşlər naziri Vahe Kazaryan da olub.
“AzPolitika” xəbər verir ki, Nikol Paşinyan noyabrın 21-də Ermənistan Daxili İşlər Nazirliyində yeni nazir Arpin Sarkisyanı kollektivə təqdim edərkən onun sələfi barədə də danışıb.
Paşinyan qeyd edib ki, Kazaryanla uşaqlıqdan dost olublar: “Bilirsiniz ki, cənab Kazaryanla mən bir-birimizi çoxdan, 37 ildir tanıyırıq və uşaqlıqdan dostuq. Bu hal təbii ki, bir çox məsələlərdə bizə çox kömək etdi, amma buna baxmayaraq, bəzi məsələlərdə bizə bir az mane də oldu. Amma ümumilikdə deyə bilərəm ki, bu çətin dövrdə cənab Kazaryanın rəhbərliyi altında polis və Daxili İşlər Nazirliyi Ermənistanda asayişi, eyni zamanda, genişmiqyaslı islahatları təmin edə bildi. Mən bütün bu işə rəhbərlik etdiyi üçün cənab Kazaryana təşəkkür edirəm”.
Ancaq Paşinyan Kazaryanla dostluğunun məhz nəyə mane olduğunu deməyib.
“AzPolitika.info”